"Şalke"dən "Yuventus"a - RƏSMİ

30 Avqust 2020 14:10

"Yuventus" Andrea Pirlonun baş məşqçiliyi altında ilk transferini həyata keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi "Şalke"nin yarımmüdafiəçisi Ueston Makkennini icarəyə götürüb.

"Qoca Sinyora" bu keçidə üçün Almaniya klubuna 4 milyon 500 min avro ödəyəcək. Bundan əlavə, müqaviləyə görə, "Yuventus" "Şalke"yə 18 milyon 500 min avro ödəyərsə, ABŞ millisinin 22 yaşlı futbolçusunu birdəfəlik transfer edə biləcək. Oyunçunun sözləşməsində əlavə 7 milyon avroluq bonus qazana biləcəyi haqda bənd də var.

Qeyd edək ki, 2016-cı ildən "Şalke"nin formasını geyinən Makkenni bu komandada 74 matç keçirib.

Milli.Az