İtaliya klubunda koronavirus şoku

30 Avqust 2020 14:57

"Parma"nın bir futbolçusunda koronavirus aşkarlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komanda üzvləri arasında koronavirus testinin keçirildiyi və bir nəfərin nəticəsinin pozitiv olduğu bildirilib. Həmin şəxsin adı açıqlanmır. Xəstəliyin simptomlarını hiss etməyən futbolçu karantinə alınıb.

Həmin şəxs istisna olmaqla komanda məşqlərini davam etdirib.

Milli.Az