Gürcüstan azərbaycanlıları Türkiyəyə dəstəyini nümayiş etdirdi

22 Aprel 2010 15:14
Bu barədə Milli.Az-a həmin qurumdan məlumat daxil olub.
GAK sədri Əli Babayev səfirliyin nümayəndəsinə Konqresin Türkiyə xalqına dəstək məktubunu təqdim edib. Məktubda deyilir: "Gürcüstan azərbaycanlıları tarixi faktlarla təsdiq olunmamış, qondarma "erməni soyqırımı" məsələsində Türkiyəni dəstəkləyir. Biz, Gürcüstanda qondarma "erməni soyqırımı"nın tanınmasına yol verməyəcəyik".

Aksiya iştirakçıları "Azərbaycan-Türkiyə bir millət, iki dövlət" şüarını səsləndiriblər.

Milli.Az