Çində hotelin çökməsi nəticəsində ölənlərin sayı 29-a çatıb

30 Avqust 2020 13:13

Çinin Şansi əyalətində ikimərtəbəli hotel binasının ("Xiyuan Hotel") çökməsi nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Sinxya" agentliyi məlumat verib.

Məlumata görə, dağıntılar altından tapılan 7 nəfər ağır xəsarət alıb. 21 nəfərin yaralandığı bildirilir.

Xilasetmə əməliyyatı başa çatdıqdan sonra hadisənin baş vermə səbəblərini araşdırmaq üçün komissiya yaradılıb.

Milli.Az