"Milan"la "Çelsi" oyunçularını dəyişdirə bilər

30 Avqust 2020 13:06

"Çelsi" qapıçısı Kepa Arrisabalaqa ilə "Milan"ın qolkiperi Canluici Donnarummanı dəyişdirmək niyyətindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, London təmsilçisi artıq qarşı tərəflə danışıqlara start verib. "Zadəganlar" 26 yaşlı oyunçu üçün əlavə məbləğin ödənilməsini də istəyir.

Qeyd edək ki, Donnarummanın "Milan"la müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Milli.Az