“Real”ın futbolçusu “Sevilya”da

30 Avqust 2020 10:38

İspaniyanın "Real" klubunun futbolçusu Oskar Rodriges karyerasını "Sevilya"da davam etdirəcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Avropa Liqasının qalibi 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb.

Madrid klubu bu transferdən 15 milyon avro qazanıb. Yarımmüdafiəçinin transfer hüququnun 25 faizi də "Real"da qalıb.

Qeyd edək ki, "Real"ın yetirməsi olan Oskar əsas komandada debüt etməyib. O, son iki mövsümü icarə əsasında "Leqanes"də keçirib. Orta sahə oyunçusu burada 64 matçda 14 qol vurub.

Milli.Az