"Milan" İbrahimoviçlə müqavilənin uzadılmasını təsdiqləyib

30 Avqust 2020 08:57

İtaliyanın "Milan" futbol klubu İsveçli hücumçu Zlatan İbrahimoviçlə müqavilənin uzadıldığını təsdiqlədi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib.

Z.İbrahimoviçin Milan ilə hazırkı müqaviləsi 31 avqustda başa çatır.

Portuqaliyanın "Record" qəzetinin verdiyi məlumata görə, Z.İbrahimoviç müqaviləni bir il uzadıb, idmançı 7 milyon avro qazanacaq.

Milli.Az