Bu gün vəfat etmiş meyxanaçının yaşadığı ərazi dezinfeksiya edildi - VİDEO - FOTO

29 Avqust 2020 18:42

Xəbər verildiyi kimi uzun müddət sürən ağır xəstəlikdən sonra vəfat edən tanınmış meyxanaçı Vüqar Biləcəri Biləcəri qəbiristanlığında dəfn edilmişdir.

Milli.Az xəbər verir ki, bu gün Bakı şəhərində keçirilən genişmiqyaslı dezinfeksiya işləri çərçivəsində meyxanaçının yaşadığı Biləcəri qəsəbəsi Vidadi küçəsi və ətraf küçələr kommunal xidmətlərin xüsusi texnikası və işçiləri tərəfindən dezinfeksiya edilmişdir.

Milli.Az