Tərtərdə avtomobillə vurulan piyada ölüb

29 Avqust 2020 16:50

Tərtər şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a bildirilib ki, avqustun 28-də saat 21 radələrində Tərtər şəhəri ərazisində Kəlbəcər rayon sakini D.Ələkbərov "VAZ-2106" markalı avtomobili idarə edərkən yolu keçən şəhər sakini Urqiyyə Şükürovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az