"Lion"da koronavirus gərginliyi

29 Avqust 2020 18:46

"Lion"un yarımmüdafiəçisi Ussem Auarda koronavirus aşkarlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, futbolçu hazırda özünü yaxşı hiss edir. Buna baxmayaraq, o, iki həftəlik karantinə alınıb.

Qeyd edək ki, Auar geridə qalan mövsümdə 25 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Milli.Az