Müxtəlif ölkələrlə aviareyslərin bərpası ilə bağlı danışıqlar aparılır

29 Avqust 2020 12:49

Azərbaycanla müxtəlif ölkələr arasında hava reyslərinin bərpa edilməsi ilə bağlı danışıqlar gedir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, Almaniyanın "Lufthansa" şirkətinə Frankfurt-Bakı reysinin bərpa olunması ilə bağlı müraciət edilib. Onun sözlərinə görə, digər aviaşirkətlərdən də müraciətlər daxil olub və müxtəlif ölkələrlə aviareyslərin bərpa olunması istiqamətində danışıqlar aparılır".

Milli.Az