"Beşiktaş"dan növbəti transfer

29 Avqust 2020 14:29

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi Altınordu-nun yarımmüdafiəçisi Atakan Üneri transfer edib.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Türkiyə mətbuatı isə tərəflərin 3 illik anlaşdığını yazır. Beşiktaş-ın bu transferə görə Altınordu klubuna 150 min avro təzminat ödəyəcəyi də bildirilir.

Milli.Az