TƏBİB-dən xəstəxanalarda yer çatışmazlığı barədə AÇIQLAMA

29 Avqust 2020 12:29

Antivirus preparatları xəstəxanalarda müalicə olunan şəxslərə verilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

Onun sözlərinə görə, hazırda xəstəxanalarda müalicə alan şəxslər hazırda müalicəsini davam etdirir: "Hazırda xəstəxanalarda kifayət qədər yerlər var və yer çatışmazlığı yoxdur. Simptomlu xəstələr aşkarlanarsa, həmin şəxslər xəstəxanalara yerləşdirilir və müalicələri dövlət hesabına həyata keçirilir".

Milli.Az