Goranboyda 70 yaşlı qadını qoç vurdu, komaya düşdü

29 Avqust 2020 10:44

Goranboy sakini komaya düşüb.

Bu barədə Milli.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, rayon sakini, 1950-ci il təvəllüdlü Dilbər İmamquliyevanı qoç vurub.

70 yaşlı qadın hadisədən sonra koma vəziyyətində xəstəxanaya çatdırılıb.

Milli.Az