Goranboy rayonunun Dəliməmmədli şəhərində VAZ markalı minik avtomobili ağaca çırpılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1991-ci il təvəllüdlü Musayev Məhərrəm İkram oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Milli.Az