Gəncədə müəllim qətlə yetirildi

29 Avqust 2020 08:18

Gəncədə qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə M.Gəncəvi küçəsində qeydə alınıb.

Sözügedən küçədə yaşayan Dəmirov Yusif Fərhad  oğlu evdə bıçaqla qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş verməsi səbəbləri və qətlin kim tərəfindən törədildiyi araşdırılır.

Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin "Azərbaycan tarixi" müəllimidir.

Milli.Az