"Atletiko"dan "Monako"ya

28 Avqust 2020 23:39

"Monako" heyətinə yeni futbolçu qatıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi "Atletiko Madrid"in müdafiəçisi Enrike Kayonu transfer edib.

Bu barədə knyazlıq klubunun rəsmi saytı məlumat yayıb. 23 yaşlı braziliyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. "Monako" bu transfer üçün 8 milyon avrosundan keçib.

Qeyd edək ki, "Santos"un yetirməsi olsa da, peşəkar karyerasına "Atletiko"da başlayan Kayo, son illərdə icarə əsasında "Parana", "Fluminense" və "Gremio"da icarədə oynayıb.

Milli.Az