Dünyanın ən sürətli limuzini satışa çıxarıldı

29 Avqust 2020 17:56

Dünyanın ən sürətli limuzini Avstraliyada 400 min dollara (təxminən 30 milyon rubl) satışa çıxarılıb.

Milli.Az Lent.az-a istinadən bildirir ki, Ferrari 360 Modena markalı parlaq qırmızı rəngə boyanan limuzinin içində televizor ekranları və bar var. Limuzində on nəfərin əyləşə biləcəyi oturacaq var. Avtomobil altı saniyədə saatda yüz kilometrə qədər sürətlənə bilər. Onun maksimal sürəti saatda 270 kilometrə çatır.

Limuzin ən sürətli avtomobil olaraq Ginnesin Rekordlar Kitabına düşüb.

Milli.Az