Bakının əsas prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq

28 Avqust 2020 16:16

29 avqust tarixində səhər saat 10:00-dan axşam saat 17:00-dək Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarlarının yuyulması işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən hissədə zolaqlar üzrə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq:

"Sürücülərdən ərazidə sıxlığın yaşanmaması üçün prospektin əsas yolundan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik".

Milli.Az