"Mən rusdilliyəm" - Kişiləri təhqir edən azərbaycanlı modeldən açıqlama

28 Avqust 2020 14:06

Tanınmış model və bloqer Ramina Abbasova kişilərlə bağlı etdiyi sərt paylaşıma açıqlama verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, model statusu hamıya aid etmədiyini bildirib.

"Mən rusdilliyəm, fikirlərimi Azərbaycan dilində ifadə etməkdə çətinlik çəkirəm. Buna görə də anlaşılmazlıq olub. Mən o sözləri məni incidənlərə - borc alıb qaytarmayanlara, yalan danışanlara aid etmişəm".

Milli.Az