Birmərtəbəli ev yanıb

28 Avqust 2020 09:20

Ağstafa rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ağstafa rayonunun Həsənsu kəndində ümumi sahəsi 121 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az