Şagird sıxlığı necə azaldılacaq?

27 Avqust 2020 18:21

Sosial məsafənin azaldılması üçün dərs cədvəlində də dəyişiklik ediləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən brifinqdə Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, alt-üst həftələr təşkil etməklə şagird sıxlığı azaldılacaq: "Sinifdə şagird sayları nəzarətdə saxlnılacaq. Həmçinin bəzi fənlər virtual dərslərlə tədris olunacaq. Bununla da məktəblərdə sıxlıq aradan qaldırılacaq".

Milli.Az