"Çelsi"nin 4 futbolçusu koronavirusa yoluxdu

27 Avqust 2020 17:09

"Çelsi"nin dörd futbolçusu koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunlar Fikayo Tomori, Meyson Maunt, Kristian Pulişiç və Temmi Abrahamdır.Onların Yunanıstanın Mikonos adasında tətildən qayıtdığı bildirilib.

Sözügedən futbolçuların hazırda karantinə alındığı vurğulanıb.

Milli.Az