Apple 9 il ərzində 20 süni intellekt layihəsi alıb

29 Avqust 2020 21:10

Apple virtual reallıq şirkəti olan Spaces-i satın alıb.

Milli.Az ted.az-a istinadən bildirir ki,  Apple-ın bu platformanı AR/VR əsaslı ağıllı eynək layihəsinə inteqrasiya edəcəyi gözlənilir.

Hələlik iki tərəfdən də məsələ ilə bağlı açıqlama verilmədiyi üçün satışın ümumi dəyəri bəlli deyil. Bununla yanaşı, Apple-ın 2010-2019-cu illərdə 20 süni intellekt layihəsini satın aldığı bildirilir.

Qeyd edək ki, Spaces əsası Dreamworks əməkdaşları tərəfindən qoyulan, istifadəçilərə animasiyalı insanlar vasitəsilə virtual reallıq əsaslı konfrans təşkil edən şirkətdir.

Milli.Az