Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı 274-ə çatıb

27 Avqust 2020 16:38

Azərbacanın işğal altında olan ərzilərində yeni növ koronavirusa yoluxanların ümumi sayı 274 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Dağlıq Qarabağda son sutka ərzində 3 yeni yoluxma faktı qeydə alınıb. 

İndiyə qədər 252 nəfər xəstəlikdən sağalıb. 20 nəfərin müalicəsi davam edir və hazırda müalicəsi davam edən şəxslərdən iki nəfərin vəziyyəti orta-ağırdır. 

43 nəfər karantindədir.

İndiyə qədər Dağlıq Qarabağda koronavirusdan ölüm halı qeydə alınmayıb. Həkimlər bildirib ki, koronavirus infeksiyası aşkarlanan iki nəfər vəfat edib ki, onların da ölüm səbəbi başqa xəstəliklərlə bağlıdır.

Milli.Az