Könül Kərimova karantin günlərini Bodrumda dincələrək keçirir - FOTO

27 Avqust 2020 15:36

Əməkdar artist Könül Kərimova istirahət üçün Türkiyəyə yollanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni əvvəlcə İstanbulda, daha sonra isə Bodrumda dincəlib.

Kərimova gəzinidən fotolarını 1 milyon izləyicisi olan İnstaqram səhifəsində yayımlayıb. Sənətçi şəkillərinə "Bir insanı susduğu yerlərdən tanıya bilərsiniz. Gerçək dostlar ulduzlar kimidir, qaranlıq çökəndə ortaya çıxar" şərhini yazıb.

Milli.Az