Şirvanda mağazada yanğın olub

26 Avqust 2020 22:40

Şirvan şəhərində ümumi sahəsi 64 m² olan ərzaq mağazasının tavanı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az