Rusiya Kubada neft hasilatına başlayıb

26 Avqust 2020 20:55

Rusiyanın "Zarubejneft" dövlət neft-qaz şirkəti Kubada neft hasilatına başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hasilat Boka de Xaruko yatağında aparılır.

Yataqda ilk üfüqi buruq işə salınıb. Orada hasilatın sutkalıq həcmi 52 ton təşkil edir.

"Zarubejneft" şirkəti hasilatı Kubanın "Cupet" şirkəti ilə birgə həyata keçirir.

Milli.Az