Millimizin heyətindən çıxarıldı - Koronavirusa görə

26 Avqust 2020 21:15

Almaniyanın "Bohum" klubunun üzvü Barış Ekincier U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində Fransaya qarşı keçirəcəyi oyun üçün təşkil olunacaq təlim-məşq toplanışında iştirak etməyəcək.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb "Bohum" klubunun 6 üzvündə koronavirus aşkarlanmasıdır.

Bundesliqanın əsasnaməsinə və federal qanunlara uyğun olaraq, komandanın bütün məşqçi, futbolçu və inzibati heyəti üçün 14 günlük karantin rejiminin tətbiq olunub.

Qeyd edək ki, Azərbaycan - Fransa oyunu sentyabrın 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək.

Milli.Az