Komandamız "Kann"la eyni qrupda
24 Dekabr 2011 16:54
Azərbaycan çempionu "Rabitə"nin mübarizə aparacağı "Top Volley İnternational"ın püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, Zoran Qayiçin yetirmələri turnirdə "Severstal"la (Rusiya) və "Kann" (Fransa) klubları ilə eyni qrupda yer alıblar.
Digər qrupda isə "Volero" (İsveçrə), "Dinamo-Romprest" (Rumıniya) və "Unilever" (Braziliya) komandaları qüvvələrini sınayacaqlar.
Son dünya çempionu "Rabitə" qrupun hər 2 oyununa yarışın startı günü - dekabrın 27-də çıxacaq.
"Kiçik dünya çempionatı" adlandırılan turnirdə bir gün sonra yarımfinal matçları keçiriləcək. Qrup mərhələsində sonuncu olanlar dekabrın 29-da 5-ci yerin sahibini müəyyənləşdirəcəklər. Ardınca bürünc və qızıl mükafatçıların adlarına aydınlıq gələcək.
Qeyd edək ki, Bazeldə keçiriləcək turnirə "Rabitə" dekabrın 26-da yollanacaq.
27 dekabr
17:30. "Dinamo-Romprest" (Rumıniya) - "Unilever" (Braziliya)
Görüşün ardınca: "Severstal" (Rusiya) - "Rabitə" (Azərbaycan)
21:30: "Unilever" (Braziliya) - "Volero" (İsveçrə)
Görüşün ardınca: "Rabitə" (Azərbaycan) - "Kann" (Fransa)
28 dekabr
17:30. "Volero" (İsveçrə) - "Dinamo-Romprest" (Rumıniya)
Görüşün ardınca: "Kann" (Fransa) - "Severstal" (Rusiya)
21:30. I yarımfinal
Görüşün ardınca: II yarımfinal
29 dekabr
18:30. 5-ci yer uğrunda
Görüşün ardınca: 3-cü yer uğrunda
23:00. Final
Milli.Az