Pedro "Roma"da

26 Avqust 2020 13:46

"Çelsi"dən ayrılan Pedro Rodriqesin "Roma"ya keçidi rəsmiləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, azad agent statusu daşıyan 33 yaşlı ispaniyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Pedro İspaniya millisi ilə DÇ-2010 və AÇ-2012-nin qalibi olub.

Milli.Az