Fransada qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağı ictimai yerdə asılıb.
Mili.Az xəbər verir ki, qafqazinfo-ya müraciət edən Fransada yaşayan azərbaycanlılar bildiriblər ki, dünən Lil şəhərində bir parkda Ermənistan bayrağı ilə yanaşı, qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağı da sancılıb.
Azərbaycanlı gənclər işğalçı Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimin qondarma bayrağının yığışdırılması üçün Azərbaycanın Fransadakı diplomatik korpusuna məlumat verəcəklərini bildiriblər.
Milli.Az