UEFA Super Kuboku matçı azarkeşlərlə keçiriləcək

26 Avqust 2020 07:55

UEFA Super Kubokunun finalı barədə qərar qəbul edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Sevilya" ilə "Bavariya" arasında oynanacaq finala tamaşıçılar buraxılacaq. UEFA-nın qərarına əsasən, fanatlar stadionu tutumunun 30 faizinə qədər doldura biləcəklər.

Qeyd edək ki, oyun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.

Milli.Az