Azərbaycanda daha bir vəzifəli şəxs qızına nişan mərasimi keçirdi: Bəy icra hakimiyyətinin işçisidir

25 Avqust 2020 15:58

Azərbaycanda daha bir məmur pandemiya dönəmində övladına nişan mərasimi keçirib.

Milli.Az Ölkə.az-a istinadən bildirir ki, Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın qızı Mehparə Əzizovanın nişan mərasimi olub.

Mərasim iyulun 9-da Ağdam rayonu Quzanlı qəsəbəsində baş tutub. Bildirilir ki, nişan mərasimində rayonun icra hakimiyyətinin yüksək vəzifəli şəxsləri iştirak edib.

Milli.Az