PSJ-nin daha bir oyunu təxirə salındı

25 Avqust 2020 17:54

PSJ-nin Fransa çempionatının 2-ci turunda "Lens"ə qarşı keçirəcəyi oyun da təxirə salınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qərar Paris təmsilçisinin tələbinə əsasən, "Lens" və yayımçı telekanalla razılaşdırıldıqdan sonra qəbul edilib. Çempionlar Liqasının finalında ötən bazar "Bavariya"ya 0:1 hesabı ilə uduzaraq kuboku əldən verən Paris təmsilçisinin yeni mövsümə hazırlaşa bilməsi üçün bu addım atılıb. Bundan əvvəl avqustun 30-da keçirilməsi planlaşdırılan görüşün sentyabrın 10-da oynanılacağı bildirilib.

Qeyd edək ki, PSJ-nin Fransa liqasının ilk turunda "Metz"lə görüşü də sentyabr ayına təxirə salınıb.

Milli.Az