Ağsuda şagirdlər açıq havada imtahan veriblər - FOTO

25 Avqust 2020 15:36

Ağsuda şagirdlər açıq havada imtahan veriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, ötən gün baş tutan imatan Ağsu şəhər Soltan Umbayev adına 2 saylı tam orta məktəbdə keçirilib.

Sözügedən məktbən verilən məlumata görə, ötən gün məktəb üzrə yay tapşırığı almış şagirdlərin qiymətləndirilməsi prosesi təşkil edilib. İmtahan karantin rejiminin tələblərinə uyğun olaraq açıq havada təşkil olundu.

Milli.Az