Feysbuk Fransa hökumətinə 100 milyon avrodan çox vergi ödəyəcək

27 Avqust 2020 22:50

Feysbuk Fransa dövlətinə son on ildə korporativ vergi ilə bağlı əlavə 106 milyon avro ödəyəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Feysbuk açıqlama yayıb.

"Vergi öhdəliklərimizi ciddiyə alırıq, fəaliyyət göstərdiyimiz bazarlarda vergi ödəyirik və yerli vergi orqanları ilə sıx işləyirik", - deyə şirkətdən bildirilib.

Qeyd olunur ki, ödəmələr 2009-2018-ci illər üçün əlavə vergilərə aiddir.

Milli.Az