PhoneBaff YouTube kanalının müəllifləri iki yeni flaqmanın gücünü sınayıblar, flaqmanların arasında yeni Samsung Galaxy Note20 Ultra da var. Galaxy Note20 Ultra bazarda Gorilla Glass Victus qoruyucu şüşəyə malik modeldir.
Samsung'un yeni telefonu iPhone 11 Pro Max ilə müqayisə edildi və hər iki smartfon fərqli yüksəkliklərdən yerə atıldı. Galaxy Note20 Ultra, bir metr yüksəklikdən arxa səthi üstə atıldıqdan sonra minimal ziyanla sağlam çıxdı. Ancaq Apple cihazının eyni test zamanı arxa tərəfi tamamilə çatlaqlarla örtülmüşdü.
Milli.Az techland.az-a istinadən bildirir ki, hər iki telefon künc üstə düşməyə layiqincə tab gətirdi, ziyan var, amma kritik deyil. Solu üstə testdə isə Apple cihazının ön tərəfi əməlli ziyan gördü.
Ən çətin test isə 1.45 metrdən ard-arda 10 dəfə düşmək idi. Burada iPhone 11 Pro Max maksimum ziyan aldı, ekran işləyirdi, ancaq smartfonda salamat yer qalmadı, şüşə çatladı və kamera sıradan çıxdı. Galaxy Note20 Ultra isə mümkün qədər bərk olduğunu sübut etdi - cihaz heç bir ciddi zərər görmədi.
Milli.Az