Zaur Baxşəliyev xəstəxanada - "Heç vaxt öz dərdimi demədim..."

25 Avqust 2020 15:33

Aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə yeni paylaşım edib.

Milli.Az big.az-a istinadla xəbər verir ki, onun xəstəxanada çəkilmiş fotosuna belə şərh verib:

"Heç vaxt öz dərdimi deməmişəm! heç vaxt da deməyəcəm! qoy o məndə qalsın ! Əsas siz yaxşı olun! Allah hər kəsə şəfa versin! biz də onların içərisində !!! Şükür hər şey yolundadır!"

Qeyd edək ki, Zaur mədəsində yaranmış problemə görə həkimə müraciət edib.

Milli.Az