Bakıda avtomobilin vurduğu piyada xəsarət alıb

25 Avqust 2020 08:08

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  hadisə Atatürk prospektində qeydə alınıb.

1982-ci il təvəllüdlü Əliyev Namiq Aftandil oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu "Mercedes" markalı avtomobil vurub. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az