Mərhələ Litvada başlayır

25 Avqust 2020 08:23

Bu gün Avropa Liqasında I təsnifat mərhələsi başlayacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ilk oyun günündə bir matç baş tutacaq.

Günün yeganə görüşü Litvada təşkil olunacaq. "Riterlay" öz meydanında "Derri"ni sınağa çəkəcək.

Qeyd edək ki, mərhələnin digər görüşləri avqustun 26-27-də keçiriləcək.

Avropa Liqası
I təsnifat mərhələsi
25 avqust

20:00. "Riterlay" (Litva) - "Derri" (İrlandiya)

Milli.Az