Tete "Lion"dan "Spartak"a keçə bilər

25 Avqust 2020 07:45

Fransanın "Lion" klubunun hollandiyalı futbolçusu Kenni Tete karyerasını Moskvanın "Spartak"ında davam etdirə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, 24 yaşlı müdafiəçinin transferi ilə bağlı müqavilənin qısa müddətdə bağlanacağı gözlənilir. Transfer məbləği 5 milyon avro təşkil edir.

Kenni Tete 2017-ci ildən bəri "Lion"da oynayır. Keçən mövsüm klubda bütün yarışlarda 28 matç, o cümlədən UEFA Çempionlar Liqasının pley-off mərhələsində dörd oyun (hər dəfə əvəz edib), Hollandiya millisi üçün isə 11 oyun keçirib.

Milli.Az