PSJ-dən ayrılıb Premyer Liqa nəhənginə keçir

24 Avqust 2020 22:40

PSJ-dən ayrılan Tiaqo Silva "Çelsi"yə keçməyə yaxındır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, London təmsilçisi artıq 35 yaşlı müdafiəçi ilə razılıq əldə edib.

"Zadəganlar"ın braziliyalı oyunçu ilə 2 illik müqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, Braziliya millisinin üzvü ötən gecə 2012-ci ildən PSJ-də çıxış edirdi.

Milli.Az