İtaliya klubunda yeni baş məşqçi

24 Avqust 2020 21:59

"Leççe"nin yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə istefaya göndərilən Fabio Liveranini Eugenio Korini əvəz edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Liverani 2017-ci ildən "Leççe"ni çalışdırırdı. Komanda onun rəhbərliyi altında geridə qalan mövsümü 20 komanda arasında 18-ci pillədə başa vurub və A Seriyası ilə vidalaşıb.

Milli.Az