İsmayıllıda"Mercedes"lə "Ford" toqquşub

24 Avqust 2020 19:04

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunun Basqal qəsəbəsində "Mercedes" və "Ford" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Mercedes" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az