Azərbaycanda sahibkarlıq sahəsində yeni qanun layihəsinin hazırlanması istiqamətində iş aparılacaq.
Milli.Az bildirir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
T. Mirkişili deyib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin planında "Sosial sahibkarlıq haqqında" qanun layihəsi ilə bağlı araşdırmaların aparılması var. O cümlədən sahibkarlara yeni dəstək mexanizmləri hazırlanması ilə bağlı araşdırmaların aparılması da gündəmdədir: "Satınalmalar haqqında" qanuna dəyişiklik də nəzərdə tutulur".
Milli.Az