Azərbaycan neftinin orta qiyməti ötən həftə 45 dollardan yuxarı olub

24 Avqust 2020 15:08

Ötən həftə ərzində (17-21 avqust) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 1,09 ABŞ dolları və ya 2,4% azalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 45,05 dollara bərabər olub. Həftə ərzində ən yüksək göstərici - 45,51 dollar təşkil edib, ən minimal göstərici isə 44,14 dollar səviyyəsində olub.

Milli.Az