Saatlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edildi - Sərəncam

24 Avqust 2020 12:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev E.M.Bağırovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Elmir Məmməd oğlu Bağırov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin".

Milli.Az