Siyavuş Novruzov istefa verdi

24 Avqust 2020 11:35

Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası İcra katibinin müavini vəzifəsindən istefa edib.

Milli.Az bildirir ki, YAP-dan Trend-ə verilən məlumata görə, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov partiyanın Sədri cənab İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib.

Milli.Az