Şirkət əməkdaşı iş başında öldü
22 Aprel 2010 13:17
Milli.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, ölən şəxs Gürcüstan vətəndaşı Rasim Həsənovdur.
Bədbəxt hadisə aprelin 21-də saat 19:00 radələrində Sabunçu rayonu ərazisindəki AZVİT şirkətində baş verib. Həmin şirkətdə elektrik işləyən R.Həsənovu elektrik cərəyanı elə iş başında vurub. Mərhumun meyitini şirkət əməkdaşları hadisədən xeyli sonra şkar ediblər.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az